Sima Sadat Lari:
İranda 323 mindən çox koronavirus xəstəsi sağalıb
Avq 31, 2020 22:12 Asia/Baku
İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi 323 mindən çox xəstənin koronavirusdan sağaldığını bildirib.
Səhər Azəri bildirir ki, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostuka meyarlarına əsasən, son 24 saat ərzində daha min 642 nəfərdə COVİD-19 infeksiyası aşkar edilib, onlardan 573 nəfəri xəstəxanaya yerləşdirilib, qalanları isə ambulator müalicə alaraq, evə buraxılıb.
Larinin sözlərinə görə, İranda koronavirusa yoluxanların ümumi sayı 375 min 212 nəfərə çatıb və son sutkada 109 nəfər bu virusdan həyatını itirib, beləliklə koronavirus qurbanlarının ümumi sayı 21 min 571 nəfərə yüksəlib.