Sen 01, 2020 09:19 Asia/Baku
  • “ABŞ-ın Tətik mexanizmindən istifadə etmə səlahiyyəti yoxdur”

İranın BMT-dəki daimi nümayəndəsi deyib: "Təhlükəsizlik Şurasının əksər üzvlərinin hüquqi arqumentləri və onun sədrinin çıxardığı nəticəyə əsasən, ABŞ-ın Tətik mexanizmindən istifadə etmə səlahiyyəti yoxdur".

SəhərAzəri xəbər verir, Məcid Təxti Rəvançi BMT Təhlükəsizlik Şurasının (TŞ) Baş Assambleyasının illik hesabatın araşdırılması məqsədilə keçirilən iclasında etdiyi çıxışında ABŞ-ın Qərbi Asiyada törətdiyi təxribata toxunaraq, TŞ və onun üzvlərinin sadiqliyinin zəruriliyini vurğulayıb.

İranın BMT-dəki səfiri və daimi nümayəndəsi İranın 2019-cu ildə ABŞ tərəfindən ərazi suları və hava məkanının pozulduğuna işarə edərək, deyib: "Bu ölkə İrana qarşı öz avantürasını o həddə çatdırıbdır ki, terrorçu bir hərəkətdə prezidentinin birbaşa göstərişi ilə general Süleymani də daxil olmaqla  regionun anti-terrorizm qəhrəmanlarını şəhid edir və əksər hüquqşünasları tərəfindən bu hərəkətin BMT nizamnaməsi və beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması kimi dəyərləndirilməsinə baxmayaraq, Təhlükəsizlik Şurası onun qarşısında susur.

Təxti Rəvançi, həmçinin ABŞ tərəfindən 2231 saylı qətnamə və nüvə anlaşmasının pozulması hallarını sadalayaraq, deyib: "Bu ölkə öz səylərinin davamında İrana qarşı silah embarqosunun uzadılmasına dair bir qətnamə layihəsi irəli sürdü ki, TŞ-nin 13 üzvü onu rədd etdilər".

BMT Təhlükəsizlik Şurasının 25 avqust tarixində Qərbi Asiya mövzusunda keçirilən iclasında, Çin və Rusiya TŞ-nin dövri sədrini Tətik müxanizminin işə salınması ilə bağlı ABŞ-ın məktubu haqqinda məlumat verməyə çağırıblar.

Təhlükəsizlik Şurasının dövri sədri Dian Dcani də deyib: "TŞ-nin əksər üzvlərinin ABŞ-ın tələbinə qarşı çıxdığını nəzərə alaraq, bu mövzuda başqa bir addım atıla bilməz". 

ABŞ Dövlət Katibi Mayk Pompeonun 2231 saylı qətnaməyə əsasən 18 oktyabr tarixində başa çatacaq İrana qarşı silah embarqosunun müddətinin uzadılmasına dair son hərəkəti uğursuz qaldı və TŞ-nin üzvlərinin müxalifəti ilə üzləşdi.

Teqlər