Sen 02, 2020 14:35 Asia/Baku
  • İranda təqribən 327 min COVID-19 xəstəsi sağalıb

İranın səhiyyə nazirliyi ölkədə təqribən 327 min COVID-19 xəstəsinin sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün İranda koronavirusa yoluxanların son sayı barədə bildirib ki, qəti diaqnoz meyarlarına əsasən, ötən 24 saat ərzində ölkədə COVID-19-a yoluxan min 858 yeni xəstə aşkar edilib; onlardan min 136 nəfər xəstəxanaya yatırılıb, yerdə qalan xəstələrə isə ambulator şəkildə xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 378 min 752 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 125 COVID-19 xəstəsi həyatını itirib və İranda bu xəstəlikdən ölənlərin ümumi sayı 21 min 797 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 326 min 801 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

Dünyada koronavirusa yoluxanların sayı da təqribən 26 milyon nəfərə çatıb. Onlardan azı 861 min nəfər həyatını itirib, 18 milyon nəfərdən çox xəstə də sağalıbdır.

Teqlər