Qurani-Kərimə hörmətsizlik əqidə və azadlığın məhv edilməsi deməkdir
https://azeri.sahartv.ir/news/İran-i366869-qurani_kərimə_hörmətsizlik_əqidə_və_azadlığın_məhv_edilməsi_deməkdir
Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyəti Qurani-Kərimə və İslam Peyğəmbəri(s.ə.s)-a qarşı hörmətsizliyi pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2020 09:35 Asia/Baku
  • Qurani-Kərimə hörmətsizlik əqidə və azadlığın məhv edilməsi deməkdir

Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyəti Qurani-Kərimə və İslam Peyğəmbəri(s.ə.s)-a qarşı hörmətsizliyi pisləyib.

SəhərAzəri xəbər verir, Bu cəmiyyət vurğulayıb ki, əqidə azadlığı bəhanəsilə Qurani-Kərimə hörmətsizlik əslində azadlığın öldürülməsi və əqidənin cinayətkarcasına tikə-tikə edilməsi deməkdir.

Avqustun 28-də İsveçin Malmö şəhərində sağçı ekstremist qruplar qanunsuz və icazəsiz anti-İslam nümayişində bir cild Qurani-Kərimi yandırdılar.

Həmçinin fransız «Charlie Hebdo» nəşri ötən çərşənbə axşamı günü yeni bir həyasızlıqda əziz İslam Peyğəmbəri(s.ə.s.) barədə hörmətsiz və qalmaqallı karikaturaları yenidən dərc etdi.

Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyəti cümə günü yaydığı bir bəyanatda vurğulayıb: Qurani-Məcidin müqəddəsliyinə qarşı hörmətsizlik və şərəfli ilahi səhifələrin yandırılması kimi şər və kədərli hadisə böyük və bağışlanmaz bir cinayətdir.

Qum Dini Elmlər Hövzəsinin Müəllimlər Cəmiyyətinin bəyanatında daha sonra belə qeyd olunub: Beynəlxalq hüquq orqanları zəncirvari və məqsədyönlü hörmətsizliklərə qətiyyətlə cavab verməli və bir milyard 500 milyon nəfərdən çox müsəlmanın təfəkkür və etiqadını müdafiə etməlidirlər.