Sen 07, 2020 22:18 Asia/Baku
  • Məcid Məcidinin

İranlı rejissor Məcid Məcidinin çəkdiyi "Günəş" (Xorşid) filmi 77-ci Venesiya Film Festivalında kino tənqidçiləri və mütəxəssislərin diqqətini cəlb edib.

Səhər Azəri bildirir ki, "Günəş" filmi İranlı rejissor və prodüser Məcid Məcidinin ən yeni əsəridir. Filmin mövzusu uşaq əməyi və uşaq işçilərdən bəhs edir.

2019-cu ildə çəkilən bu film 38-ci Fəcr Film Festivalında ən yaxşı film və ən yaxşı ssenari mükafatlarını qazanıb və hazırda 77-ci Beynəlxalq Venesiya Film Festivalının əsas bölməsində qızıl şir müküfatını qazanmaq uğrunda rəqabət aparır.

Məcid Məcidi işləyən uşaqlar böhranının təkcə bir ölkəyə aid olmadığını və qlobal bir problem olduğunu bəyan edərək, İran xalqının ABŞ-ın sanksiyalarının təzyiqi altında məzlumluğuna toxunub və deyib: "İran xalqı 40 ildir ki, ABŞ-ın qeyri-insani sanksiyalarına görə, çətin şəraitdə yaşayır və koronavirus pandemiyasından irəli gələn hazırkı çətin şəraitdə sanksiyalar səbəbindən dərman preparatları İrana daxil olmur".

Məcidi sözlərinin davamında ABŞ-ın Yaxın Şərqdəki təxribatlarını İran və digər qonşu ölkələrdə sosial problemlərin şiddətlənməsinin amili kimi dəyərləndirib və deyib: "Böhranla dolu bir regionda yaşayırıq, hansı ki, onun xəsarətlər hər şeydən daha çox aztəminatlı ailələr və uşaqlara təsir edir".

Məcidi Venesiyada verdiyi müsahibədə deyib: "Xorşid Filmi bir alleqoriyadır. Uşaqlar xəzinə axtarırlar , hal bu ki, onlar özləri xəzinədirlər və cəmiyyətdə hədərə gedirlər. Filmin əsas məsələsi təhsildir, bu uşaqlar öyrədilməlidir ki, içərilərindəki gizli xəzinə üzə çixsın".

Teqlər