Sen 09, 2020 08:09 Asia/Baku
  • İran hüquqşünasları fransız nəşrin hörmətsizliyini pisləyiblər

İranlı hüquqşünaslar fransız nəşrin Böyük İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyini pisləyiblər.

SəhərAzəri xəbər verir, Fransız «Charlie Hebdo» nəşri son zamanlar həyasızcasına bir hərəkətdə əziz İslam Peyğəmbəri(s.ə.s.) barədə hörmətsiz və qalmaqallı karikaturaları bir daha dərc edibdir.

Beş min iranlı hüquqşünas dünən bir bəyanatda fransız nəşrin hörmətsiz hərəkətini liberal-demokratiya, modernizasiya və modern cahilliyin digər bir təzahürü adlandırıbdır.

Bəyanatda deyilir: Fransız nəşrin biabırçı hərəkəti Fransa mətbuat azadlığı qanununun 32-ci maddəsinə görə də cinayət hesab olunan mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 19-cu maddəsinin üçüncü bəndindən ilk bölmənin, Ümumdünya İnsan hüquqları Bəyannaməsinin 1-ci və 18-ci maddələrinin, eləcə də din, inam və əqidə azadlığı haqqının aşkar surətdə pozulması, müqəddəslərə hörmətsizlik və nifrətyaymanın bariz nümunəsi sayılır.

İranlı hüquqşünaslar vurğulayıblar ki, mətbuat və təfəkkür azadlıqları dinlərə hörmətsizlik, zorakılıq və nifrətyayma ilə əldə olunmur.

Onlar sonra belə qeyd ediblər: Dünyada hər hansı media tərəfindən İslam dininə qarşı hər cür qeyd, təsvir, xəbər və karikaturanın nəşr edilməsi pislənilir və bu hərəkətlərin amilləri, onlara göstəriş verənlər və onları həyata keçirənlər səlahiyyətli məhkəmələrdə mühakimə olunmalıdırlar.

Teqlər