Sabah İİR Ordusunun birgə hərbi təlimlərinin əsas etapları keçiriləcək
İran İslam Respublikası Ordusunun «Zolfəqar-99» birgə hərbi təlimlərinin əsas etapları keçiriləcək.
SəhərAzəri xəbər verir, «Müdafiə gücü sayəsində davamlı təhlükəsizlik» şüarı ilə keçiriləcək bu təlimlər sabah başlayaraq, üç gün davam edəcək.
İran İslam Respublikası Ordusu baş komandanının koordinator müavini və «Zolfəqar-99» birgə hərbi təlimlərinin komandanı kontr-admiral Həbibullah Səyyari bu gün deyib: Bu manevrin əsas mərhələləri İran İslam Respublikası Ordusunun quru qoşunları, hava qoşunları, hava hücumundan müdafiə qüvvələri və dəniz qoşunlarından bölmələrin iştirakı ilə Hörmüz boğazının şərq suları, Məkran sahilləri, Oman dənizi və Hind okeanının şimalının daxil olduqları hüdudlarda- on dərəcə şimal orbitinə qədər uzanan iki milyon kvadrat-kilometrlik bir bölgədə keçiriləcək.
İran İslam Respublikası Ordusunun «Zolfəqar-99» birgə hərbi təlimlərinin komandanı beynəlxalq su yolları və region təhlükəsizliyinin təmin edilməsini bu təlimlərin məqsədlərindən adlandırıb və belə qeyd edib: Qərbi Asiya bölgəsinin, onun həyati və strateji su yollarının təhlükəsizliyi/ bütün region ölkələrinin konstruktiv iştirakları ilə yerliləşdirilməsindən, həmçinin bölgədənkənar qüvvələrin və əcnəbilərin region sularında iştirakları və yiyələnmələrinə mane olmaqdan asılıdır. İran ötən qırx ildə daima öz daxili bacarığına söykənmək və gənc və mömin qüvvələrdən istifadə etməklə bu vacib məsələnin reallaşması ardınca olubdur.