İranda 339 min nəfərdən çox koronavirus xəstəsi sağalıb
İranın səhiyyə nazirliyi ölkədə 339 min nəfərdən çox koronavirus xəstəsinin sağalmasından xəbər verib.
SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda iki min 313 yeni COVID-19 xəstəsi aşkar edilib. 1229 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.
İranda koronavirusa yoluxanların ümumi sayının 393 min 425 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 127 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 22 min 669 nəfərə çatıbdır.
İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 339 min 111 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.