Qum şəhərində İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyə etiraz edilib
İranın Qum şəhərində İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyə etiraz edilib.
SəhərAzəri xəbər verir, Qum şəhərində İmam Xomeyni(r.ə.) Beytinin qarşısında dini tələbələrin, əhalinin və universitet tələbələrinin fransız «Charlie Hebdo» nəşrinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyinin pislənilməsi istiqamətində aksiyası keçirilib.
Dini tələbələr, əhali və universitet tələbələri bu gün bu etiraz aksiyasında BMT-nin fransız «Charlie Hebdo» nəşrinin əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsizliyi qarşısında zəif mövqe tutmasını tənqid edib, bu hörmətsiz hərəkəti pisləyiblər.
Qum Dini Elmlər Hövzəsinin İslami Təbliğat Ofisi də bir bəyanatda fransız «Charlie Hebdo» nəşri tərəfindən əziz İslam Peyğəmbəri(s.ə.s)-ə qarşı hörmətsiz təsvirlərin yayılmasını pisləyərək, bu hərəkəti insanlıq və sivilizasiya iddiaçılarının süqut etmələrinin nişanəsi adlandırıbdır.