İranın Bağdad səfiri: “İraqlı zəvvarlardan İran xalqının nümayəndəsi olmasını xahiş edirəm”
Sen 09, 2020 23:20 Asia/Baku
İranın Bağdad səfiri İrəc Məscidi bu il koronavirusa görə iranlı zəvvarların Ərbəin mərasimində iştirak edə bilməyəcəkləri üçün çox məyus olduğunu bildirib və iraqlı zəvvarlardan İran xalqının nayibi (nümayəndəsi) olmasını xahiş edib.
SəhərAzəri Farsnews-a istinadla xəbər verir ki, İrəc Məscidi bu gün (9 sentyabr) Tvitter üzərindən belə bir mesaj paylaşıb: “Bu il koronavirusa görə iranlı zəvvarların Ərbəin mərasimində iştirak edə bilməyəcəkləri üçün çox təəssüflənirəm. Bütün hörmətli iraqlı zəvvarlardan səmimi qəlbdən İran millətinin nümayəndəsi olmasını xahiş edirəm”.
İran səfiri növbəti tvitində bunları deyib: “Allahdan hamınız üçün can sağlığı və bu pis virusun tezliklə aradan qalxmasını diləyirəm”.