Sen 10, 2020 17:17 Asia/Baku
  • İİR Ordusu bölgədənkənar qüvvələrə xəbərdarlıq edib

İran İslam Respublikası Ordusu bölgədənkənar qüvvələrə xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası Ordusunun «Zolfəqar-99» birgə hərbi təlimlərinin sözçüsü ordunun hava hücumundan müdafiə qüvvələrinin təlimlərin keçirildiyi bölgədən uzaqlaşmaları üçün regiondankənar uçan vəsaitlərə xəbərdarlıq etmələrindən xəbər verib.

«Zolfəqar-99» birgə hərbi təlimlərinin əsas mərhələsi bu gün səhər İranın cənubunda başlanıb.

Kontr-admiral Şəhram İrani deyib: İran İslam Respublikası Ordusunun hava və dəniz qüvvələrinin P3F، F-27 təyyarələri və kəşfiyyat pilotsuz təyyarələrinə şamil olan aviasiya bölmələri də təlimlərin keçirildiyi məkanın sularında, təlimlərin ümumi bölgəsini nəzərdən keçirib, izləmək və intensiv dəniz patrulları keçirməklə hərbi təlim bölgəsini tərk etmələri üçün regiondankənar bölgələrə lazımi xəbərdarlıqları ediblər.

«Zolfəqar-99» birgə hərbi təlimlərinin sözçüsü amerikan pilotsuz uçan aparatlarının hərbi təlim bölgəsindən informasiya toplamaq üzrə fərqli və təmərküzləşdirilmiş fəaliyyətlərinə işarə ilə belə qeyd edib: Bu fəaliyyətlər İran İslam Respublikası Ordusunun siqnallı kəşfiyyat sistemləri tərəfindən aşkar edilib və amerikan pilotsuz uçan aparatlar İran İslam Respublikası Ordusunun mühafizə, kəşfiyyat və hava hücumundan müdafiə sistemlərinin hazırılq səviyyəsindən yəqinlik əldə etdikdən sonra bölgəni tərk etməyə məcbur olublar

Teqlər