Sen 13, 2020 16:38 Asia/Baku
  • Ruhani: Vaşinqton İranla bağlı məqsədlərinə gedən yolda misilsiz uğursuzluğa düçar olub

İran İslam Respublikası prezidenti ABŞ-ın İran iqtisadiyyatına qarşı təxribatçı və destruktuv hərəkətlərinə işarə edərək, deyib: Düşmən öz strateji məqsədlərinə gedən yolda heç bir uğur əldə edə bilməyib. Əksinə misilsiz uğursuzluqlara düçar olub.

Səhər Azəri bildirir ki, İran prezidenti Həsən Ruhani bazar günü İran universitetləri və ali təhsil ocaqlarında yeni təhsil ilinin başlanması mərasimində deyib: İran xalqının düşmənləri bir zamanlar öz məqsədlərinə çatmaq üçün Təhlükəsizlik Şurasının özlərinin arxa bağçaları hesab edirdilər. Amma, son aylarda misilsiz məğlubiyyətlərin şahidi olublar. 

İran prezidenti videokonfrans formatında keçirilən mərasimin davamında ABŞ-ın İrana silah satışını məhdudlaşdıran qətnamənin müddətinin uzadılması habelə, Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə istinadla İran əleyhinə "tətik" mexanizminin işə salınması kimi tarixi məsələlərdə iflasa uğramasını Vaşinqtonun son uğursuzluqlarından adlandırıb və deyib: Amerikalılar hər iki məsələdə Təhlükəsizlik Şurasında tarixi məğlubiyyət ilə üzləşdilər. 

Həsən Ruhanı daha sonra İranın Beynəlxalq Haaqa Məhkəməsində ABŞ qarşısında əldə etdiyi hüquqi uğurlara da işarə edib: "Tehranın Vaşinqton qarşısında siyasi və hüquqi müstəvidə əldə etdiyi uğurlar misilsizdir."

Ruhani İran universitetlərinin beynəlxalq səviyyəli uğurlarına da işarə edib və bu nailiyyətləri son dərəcə dəyərli adlandırıb: "Bu gün İranın 40 universiteti dünyanın ən üstün universitetləri arasında yer alır və elmi yeniliklər baxımından İran ötən bir neçə ildə 120-ci pillədən 65-ci pilləyə  yüksəlib. 

Koronavirusun Nəzarətdə Saxlanılması üzrə Milli Qərargahın qərarlarına əsasən 1 milyon 700 min iranlı tələbə  yeni təhsil ilində virtual və əyani iştirak formatında təhsilini davam etdirəcək. 

Teqlər