Sen 14, 2020 11:22 Asia/Baku
  • Qalibaf: ABŞ və sionist rejim regionda gərginlik amilidirlər

İran İslam Şurası Məclisinin sədri Birləşmiş Ştatlar və sionist rejimi Fars Körfəzi məntəqəsindəki gərginliyin başlıca amili adlandırıb.

Səhər Azəri bildirir ki, Məhəmməd Baqir Qalibaf bu sözləri bazar günü üçlü qüvvə başçıları iclasının sonunda jurnalistlərə deyib.

" Amerika və sionist rejim Fars körfəzi ərəb ölkələrinin İsrail ilə diplomatik əlaqələr qurmağa məcbur edilməsi siyasətini izləyirlər. Vaşinqton və Təl-Əviv regionda təxribatçılıq ardıncadırlar. Regionu xaosa sürükləməyə çalışırlar." deyə Qalibaf vurğulayıb. 

İran İslam Respublikası prezidenti Həsən Ruhani də üçlü qüvvə başçılarının birgə iclasının sonunda deyib: İclasda Fars körfəzinin üzləşdiyi problemlər habelə, ABŞ və sionist rejimin regionla bağlı fitnəkar planları müzakirə edildi. 

Birləşmiş Ərəb Əmirliklərinin sionist İsrail rejimi ilə diplomatik əlaqələrin qurulmasına dair qərarını açıqlamasından hələ bir ay keçməmiş ABŞ prezidenti Donald Tramp bu dəfə Bəhreynin İsrail ilə diplomatik əlaqələr qurmasından xəbər verib. 

Teqlər