Sen 18, 2020 08:26 Asia/Baku
  • ABŞ-ın İrana qarşı yeni birtərəfli sanksiyaları davam edir

ABŞ-ın maliyyə nazirliyi Ağ Ev-in anti-İran hərəkətlərinin davamında bildirib ki, İranın Təhlükəsizlik Nazirliyi ilə bağlı bəzi şəxslər və orqanlara qarşı sanksiyalar tətbiq olunub.

SəhərAzəri xəbər verir, ABŞ maliyyə nazirliyi cümə axşamı günü bildirib ki, nazirliyin maliyyələrinə nəzarət ofisi İranın «APT 39» adlı kiber qrupuna və onunla bağlı olan bir himayə şirkətinə və 45 şəxsə qarşı sanksiyalar tətbiq edibdir.

Amerika maliyyə nazirliyinin iddiasına görə, «Rana» təhlükəsizlik hesablamaları şirkəti bir neçə ildir, turizm sektorunda beynəlxalq şirkətlərə və jurnalistlərə qarşı bir təxribatçı zərərli proqramdan istifadə edir.

Amerikanın maliyyə naziri Stiven Mnuçin isə deyibdir ki, İran, təhlükəsizlik nazirliyindən, öz proqramlarının bütün dünyada irəlilədilməsində istifadə edir.

Amerika maliyyə nazirliyi həmçinin Livan Hizbullahı ilə əlaqədə olmasına görə, iki livanlı şirkətə də sanksiya tətbiq edibdir.

Amerika hökuməti 2018-ci ildə nüvə anlaşmasından birtərəfli şəkildə çıxdıqdan sonra İranın xalqı və dövlətinə qarşı zalımcasına sanksiyalar tətbiq etməyə başladı.

ABŞ prezidenti Donald Trampın son dörd ildəki siyasətləri dövlət terrorizminin bariz nümunəsi olub və o, bu istiqamətdə siyasi və hərbi rəsmilərin terror, təhdid və sanksiya edilmələrini öz iş gündəminə daxil edibdir.

Teqlər