Təxti Rəvançi:"ABŞ heç vaxt keçmiş qətnamələrin bərpasını görməyəcək"
https://azeri.sahartv.ir/news/İran-i367550-təxti_rəvançi_abŞ_heç_vaxt_keçmiş_qətnamələrin_bərpasını_görməyəcək
" Vaşinqton heç vaxt keçmiş qətnamələrin bərpasını görməyəcək"
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 22, 2020 09:55 Asia/Baku
  • Təxti Rəvançi:

" Vaşinqton heç vaxt keçmiş qətnamələrin bərpasını görməyəcək"

Səhər Azəri bildirir ki, bunu İran İslam Respublikasının BMT-dəki daimi nümayəndəsi Məcid Təxt Rəvançi ABŞ-ın İran əleyhinə BMT-nin keçmiş qətnamələrini bərpa etmək üzrə səylərinə reaksiya olaraq deyib.

Məcid Təxt Rəvançi dünən Tvitter-də  ABŞ-ın İrana qarşı birtərəfli sanksiyalarının təsirsiz olduğunu bildirib və yazıb: "İrana qarşı yeni sanksiyalar tətbiq etməyə dair ABŞ-ın qərarının praktikada heç bir təsiri yoxdur və təkcə Ağ Evin çarəsizlik və ümidsizliyinin göstəricisidir".

Təxti Rəvançi əlavə edib: "ABŞ heç vaxt sona çatmış qətnamələrin bərpasını görməyəcək, çünki beynəlxalq hüquq normalarına əsasən, onlar artıq mövcud deyil".

ABŞ prezidenti Donald Tramp dünən İran İslam Respublikasına qarşı düşmənçilik hərəkətlərinin davamında İranla əlaqədar 27 orqan və şəxsə qarşı sanksiya tətbiq edib.