Zərif: "Rusiya və Çin ABŞ-ın qanun pozuntuları qarşısında aparıcı rol oynadılar"
İranın xarici işlər naziri Moskvaya daxil olarkən, deyib: "Rusiya və Çin ABŞ-ın qanun pozuntuları qarşısında aparıcı rol oynadılar".
SəhərAzəri xəbər verir, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dünən gecə Moskvaya daxil olarkən, müxbirlərə verdiyi açıqlamada deyib: "Son neçə ay ərzindəki çətin mərhələlərdə Əhatəli Müştərək Təşəbbüs Proqramı ilə bağlı Rusiya hökuməti və onun BMT-dəki nümayəndəliyi Çin ilə yanaşı Təhlükəsizlik Şurasında ən yaxşı mövqeyi sərgilədilər və ABŞ-ın qanun pozuntuları qarşısında aparıcı rol oynadılar".
İranın diplomatiya aparatının rəhbəri regionun ciddi problemlərlə üzləşdiyini bəyan edərək, əlavə edib: "Suriya məsələsi hələ də bir dilemma olaraq, İran və Rusiya arasında əməkdaşlığa ehtiyaclıdır".
Məhəmməd Cavad Zərif İran ilə Rusiya arasında müxtəlif məsələlər, o cümlədən Əhatəli Müştərək Təşəbbüs Proqramı, ikitərəfli, regional və beynəlxalq mövzular barədə siyasi məsləhətləşmələr aparmaq üçün dünən gecə Rusiyanın paytaxtı Moskvaya daxil olub.