Sen 27, 2020 08:34 Asia/Baku
  • İran AET Tehranın nüvə texnologiyasından dincməqsədli istifadə üzrə əzmkarlığını vurğulayıb

İranın Atom Enerjisi Təşkilatı Tehranın sağlamlıq, kənd təsərrüfatı, qida və radiodərman sahələrində nüvə texnologiyasından dincməqsədli istifadə üzrə əzmkarlığını vurğulayıb.

SəhərAzəri xəbər verir, Təşkilat Ümumdünya Nüvə Silahlarının Məhv Edilməsi Günü münasibətilə bir tvitt-də yazıb: Bu gün, nüvə enerjisindən dincməqsədli istifadə məsələsi barədə dünyada mövcud olan müstəbid təfəkkürə düzəliş üçün bir fürsətdir.

İranın Atom Enerjisi Təşkilatı dünyada çox sayda ölkənin nüvə enerjisindən istifadə etməsinə işarə ilə belə qeyd edib: İran İslam Respublikası aydın münasibətlə Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə maksimum əməkdaşlıq edib və bu məsələ İran xalqı üçün həmin enerjidən haqlı istifadənin düzgünlüyünü sübut edir.

Tvitt-in davamında İranın nüvə alimlərinə qarşı elmi sanksiyaların Tehranın nüvə proqramının strateji prinsipində heç bir xələl yaratmayacağı vurğulanmaqla qeyd edilib ki, İran İslam Respublikası heç vaxt nüvə silahının ardınca olmayıb, həmçinin heç zaman öz xalqının nüvə enerjisindən dincməqsədli istifadə haqqına göz yummayacaqdır.

Teqlər