Okt 04, 2020 16:08 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 389 mini keçib

İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat katibi, İranda 389 mindən çox xəstənin koronavirusdan sağaldığını bildirib.

SəhərAzəri xəbər verir, bu barədə İranın Səhiyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Sadat Lari koronavirusla bağlı son statistikanı açıqlayarkən, deyib: "İranda qəti diaqnostika meyarlarına əsasən, son 24 saat ərzində 3 min 653 nəfərdə COVİD-19 infeksiyası aşkarlanıb.

Larinin sözlərinə görə, İranda COVİD-19 infeksiyasına yoluxanların ümumi sayı 471 min 772 nəfərə çatıb. Son sutkada 211 nəfər bu virusdan dünyasını dəyişib, beləliklə də koronavirus qurbanlarının ümumi sayı 26 min 957 nəfərə yüksəlib.

İranın Səhiyyə Nazirliyinin mətbuat katibi indiyədək 389 min 966 koronavirus xəstəsinin müalicə olunaraq, xəstəxanalardan evə buraxıldığını bildirib.

Teqlər