Lavrov və Zərif bir daha Qarabağ məsələsinin siyasi həllini vurğulayıblar
İran və Rusiyanın xarici işlər nazirləri dünən gecə son bir həftə ərzində ikinci dəfə bir telefon söhbətində siyasi həll yollarından istifadə ilə Qarabağ məsələsinin çözülməsi vacibliyini vurğulayıblar.
SəhərAzəri xəbər verir, Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Məhəmməd Cavad Zərif və Sergey Lavrov bu telefon söhbətində Azərbaycan Respublikası ilə Ermənistan arasındakı çəkişmələrin misli görünməmiş tərzdə şiddətlənməsindən nigarançılq edərək, Qarabağ məsələsinin siyasi yollarla həll edilməsini istəyiblər.
İran və Rusiyanın xarici işlər nazirləri həmçinin Liviya və Suriyadan olan yarımhərbçilərin Qarabağ bölgəsində iştirakı barədə öz nigarançılıqlarını ifadə ediblər.
Zərif və Lavrov ötən cümə günü də son Qarabağ olayları barədə məşvərət etmişdilər.