Okt 07, 2020 12:14 Asia/Baku
  • Bakı-Yerevan münaqişəsi heç kəsin xeyrinə deyil

İranın nizam-intizam qüvvələrinin komandan əvəzi Ermənistan və Azərbaycan Respublikasının hərbi qüvvələrinin Qarabağ bölgəsindəki döyüşlərinə işarə ilə deyib ki, Bakı-Yerevan münaqişəsi heç kəsin xeyrinə deyildir.

SəhərAzəri xəbər verir, Briqada generalı pasdar Qasem Rezayi dünən İranın şimal-qərbində yerləşən Xodafərin və Aslanduz bölgələrində olub. O, Ermənistan və Azərbaycan Respublikasının hərbi qüvvələri arasında döyüşlərin davam etməsindən nigarançılıq edərək, bildirib ki, İran İslam Respublikası bölgədə və öz sərhədlərində asayiş istəyir.

Ermənistan ilə Azərbaycan Respublikası arasında gedən son döyüşlər zamanı İran ərazisinə qarşı edilmiş bəzi təcavüzlərə toxunan general Rezayi bildirib ki, bu barədə hər iki ölkəyə xəbərdarlıq edilibdir.

İranın nizam-intizam qüvvələrinin komandan əvəzi ümidvarlıq edibdir ki, Ermənistan ilə Azərbaycan Respublikası arasındakı münaqişə dinc şəkildə həll olacaq,/ asayiş və təhlükəsizlik bu iki ölkəyə geri dönəcəkdir.

Teqlər