Okt 07, 2020 21:51 Asia/Baku
  • İranda koronadan sağalanların sayı 397 mini keçib

İranın səhiyyə nazirliyinin sözçüsü ötən 24 saat ərzində ölkədə 4 min nəfərdən çox koronavirus xəstəsinin aşkar edilməsi və 239 nəfərin həyatını itirməsindən xəbər verib.

SəhərAzəri xəbər verir, İranın səhiyyə nazirliyinin sözçüsü Sima Sadat Lari bu gün ölkədə koronavirusa yoluxanların son sayı barədə belə deyib: Qəti diaqnoz meyarlarına əsasən, ötən sutka ərzində İranda 4 min 19 yeni COVID-19 xəstəsi aşkar edilib. Onlardan 1820 nəfər xəstəxanaya yerləşdirilib, qalanlarına isə ambulator xidmət göstərilibdir.

İranda koronavirusa yoluxanların ümumi sayının 483 min 844 nəfərə çatdığını bildirən Lari qeyd edib ki, təəssüflə, ötən sutka ərzində 239 COVID-19 xəstəsi həyatını itirib və ölkədə bu xəstəlikdən ölənlərin ümumi sayı 27 min 658 nəfərə çatıbdır.

İranın səhiyyə nazirliyi sözçüsünün dediyinə görə, indiyədək İranda 397 min 109 nəfər sağalıb və xəstəxanalardan buraxılıbdır.

 

Teqlər