İranın Trampın cəfəngiyatına reaksiyası
ABŞ prezidenti cümə günü bir radio müsahibədə cəfəng ifadələrlə bir daha İranı təhdid edib. İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi isə dərhal ona kəskin cavab verib.
SəhərAzəri xəbər verir, Donald Tramp "Raş Limbo" radio verlişinə verdiyi müsahibədə, özünün İrana qarşı həyasızcasına ifadələrini bir daha təkrarlayaraq, iddia edib ki, onun hökuməti İran İslam Respublikasına istənilən hərəkətlə bağlı ciddi xəbərdarlıq edib.
ABŞ prezidentinin bu müsahibədə kobud ifadələr işlətməsi onun hiddətinin dərinliyini, həmçinin İran xalqına qarşı maksimum təzyiq siyasətinin fiaskoya uğradığını göstərirdi.
ABŞ mediaları və siyasi fəallar bu müsahibənin yayımlanmasından sonra, Trampı "nəzakətsiz" bir insan adlandırıblar.
İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə öz Tvitter səhifəsində Donald Trampın İrana qarşı cəfəngiyatına reaksiyada, İran xalqının ABŞ-ın məğlub olmuş və qanunsuz rejiminin quldurcasına ritorikasından qorxmadığını bəyan edərək, əlavə edib: "ABŞ-ın cinayətlərinə, o cümlədən dəlicəsinə sanksiyalarına və İŞİD-in bir nömrəli düşməni olan general Süleymaninin cinayətkarcasına terror edilməsinə cavab tərzini İran xalqı seçəcək".
Səid Xətibzadə əlavə edib ki, İran xalqı öz ləyaqətini qorumaq üçün heç bir şeydən əsirgəməyəcək.