İran və Rusiya uçuşların bərpası üçün fikir mübadiləsi aparıblar
İran İslam Respublikasının Moskvadakı səfiri ilə Rusiyanın Federal Hava Nəqliyyatı Xidmətinin rəhbəri dünyada koronavirusun yayılması nəticəsində yaranan vəziyyətə toxunaraq, iki ölkə arasında uçuşların normallaşdırılması və bərpası barədə fikir mübadiləsi aparıblar.
SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Moskvadakı səfiri Kazim Cəlali dünən Rusiyanın nəqliyyat nazirinin müavini və Federal Hava Nəgliyyatı Xidmətinin sədri Aleksandr Neradko ilə görüşdə, müxtəlif sahələr üzrə Tehran ilə Moskva arasındakı yaxşı münasibətlərə toxunaraq, iranlı iş adamları və tələbələrin Rusiyaya gediş-gəlişinin asanlaşdırılması vacibliyini vurğulayıb.
Rusiyanın Federal Hava Nəqliyyatı Xidmətinin sədri də bu görüşdə Tehran-Moskva əlaqələrini yüksək dəyərləndirərək, deyib: "Koronavirusun yayılması nəticəsində yaranan şərait səbəbindən beynəlxalq uçuşlar üçün Rusiyadakı 78 hava limanından təkcə yeddisindən uçuşlar həyata keçirilir.
Niradko əlavə edib: "Uçuşların pərpası və beynəlxalq uçuşlara tətbiq edilən məhdudiyyətlərin ləğvi ilə bağlı qərarlar koronavirusla mübarizə üzrə qərargah tərəfindən verilir və İranın bu müraciəti qərargahın sədrinə çatdırılacaq".
Bu görüşdə Mahan aviaşirkətinin Tehran-Moskva və əks istiqamətdəki reysləri ilə bağlı bir sıra texniki mövzular da müzakirə edilib.