ABŞ hökmdarlarının İrandan tarixi məğlubiyyəti
Xarici İşlər Nazirliyinin sözçüsü deyib: Amerika hökmdarları İrana qarşı tarixi bir məğlubiyyətə məruz qalıblar və yaxin zamanda bu məğlubiyyətə etiraf edəcəklər.
SəhərAzəri xəbər verir, Səid Xətibzadə bir radio proqramına verdiyi müsahibədə deyib: ABŞ-ın davranışında məğlubiyyət göz qabağındadır, nüvə anlaşmasindan ayrılaraq, İranı məğlub etmək üçün əlindən gələni edib. Ancaq biz kiçik bir qələbə hiss etmələrinə də imkan vermədik.
Xatibzadə, İrana qarşı tibb sahəsində tətbiq olunan sanksiyalar barədə deyib: ABŞ İran xalqını aclıq vermək üçün əlindən gələni etməkdən çəkinmir və İran xalqına maksimum təzyiq göstərmək istəyir, Ancaq İran hökumətinin vəzifəsi milli maraqları qorumaq və insanların əsas ehtiyaclarını təmin etməkdir , Və cavabdeh olan bütün şirkətlər və məsul qurumlar lazım olan dərmanları yerli imkanlara əsasən istehsal edib ya da xaricdən bəzi dərmanları idxal edərək daxili tələbatı ödəmək üçün tam gücü ilə çalışırlar.