Əfqanıstan Ali Sülh Şurasının sədri bazar günü Tehrana gələcək
Okt 15, 2020 22:32 Asia/Baku
Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib: Əfqanıstan Aĺi Sülh Şurasının sədri bir nümayəndə heyəti ilə bazar günü Tehrana gedəcək.
SəhərAzəri xəbər verir, İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə deyib: Əfqanıstan Ali Sülh Şurasının sədri 18 Oktyabr Bazar günü Ali Milli Barış Şurasının bir sira rəsmilərindən, Əfqanıstan Milli Məclisi üzvlərindən və Xarici İşlər Nazirliyinin rəsmilərindən ibarət olan bir heyəti ilə Tehrana gedəcək.
Xətibzadə əlavə edib: Üç günlük səfər zamanı cənab Abdullah Abdullah İran Prezidenti, İslami Şura Məclisinin sədri, Xarici İşlər Naziri və digər yüksək vəzifəli şəxslərlə görüşəcək.