İranın Avrasiya Birliyinə ixracatı altı faiz artıb
https://azeri.sahartv.ir/news/İran-i368434-İranın_avrasiya_birliyinə_ixracatı_altı_faiz_artıb
İranın Ticarətin İnkişafı Təşkilatı 27 oktyabr 2018-ci ildən 22 avqust 2019-cü ilədək olan müddətdə İranın Avrasiya İqtisadi Birliyinə ixracatı və bu birlikdən idxalatı həcminin altı faiz artdığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 16, 2020 05:51 Asia/Baku
  • İranın Avrasiya Birliyinə ixracatı altı faiz artıb

İranın Ticarətin İnkişafı Təşkilatı 27 oktyabr 2018-ci ildən 22 avqust 2019-cü ilədək olan müddətdə İranın Avrasiya İqtisadi Birliyinə ixracatı və bu birlikdən idxalatı həcminin altı faiz artdığını bildirib.

SəhərAzəri xəbər verir, İranın Ticarətin İnkişafı Təşkilatının məlumatına görə, İrandan maksimum ixracat miqdarı Rusiyaya, minimum eksport isə Belarusa həyata keçirilibdir.

Həmçinin bu məlumatda bildirilibdir ki, həmin müddətdə maksimum idxalat Rusiyadan, minimum import isə Qırğızıstandan olubdur.

İran Gömrüyünün statistikalarına əsasən, İranın 1399-cü günəş ilinin ilk beş ayında Avrasiya İqtisadi Birliyinə üzv beş ölkə ilə xarici ticarət həcmi iki milyard dollardan çox olubdur. Bu da öncəki ilin müvafiq dövrü ilə müqayisədə altı faizlik artımı göstərir.