Tehran və Bakı investisiya və ticarət maneələrini araşdırıblar
İranın Bakıdakı səfiri və Azərbaycan Respublikasının iqtisadiyyat naziri investorların və iş adamlarının gediş-gəlişlərinin asanlaşdırılması da daxil olmaqla iki ölkənin iqtisadi münasibətlərini araşdırıblar.
SəhərAzəri xəbər verir, İran İslam Respublikasının Bakıdakı səfiri Seyyed Əbbas Mousəvi və Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov dünən iki ölkənin iqtisadi münasibətlərinin son durumu, icra edilməkdə olan layihələr, həmçinin İran ilə Azərbaycan Respublikası arasındakı investisiya və ticarət maneələri barədə danışıblar.
Hazırkı şəraitdə investorların və iş adamlarının gediş-gəlişlərinin asanlaşdırılması, iranlı şirkətlərə dəstək, üstünlük verilən ticarət barədə müqavilənin imzalanması və müştərək sənaye şəhərciyi İranın Bakıdakı səfirinin Azərbaycan Respublikasının iqtisadiyyat naziri ilə apardığı danışıqların digər mövzularından olubdur.