İran raketlərindən istifadə ilə şərti düşmənin həyati hədəfləri məhv edilib
https://azeri.sahartv.ir/news/İran-i369121-İran_raketlərindən_istifadə_ilə_şərti_düşmənin_həyati_hədəfləri_məhv_edilib
İranın mərkəzində keçirilən 9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrində F-5 və "Saiqə" qırıcı təyyarələri yerli raketlərdən istifadə edərək, şərti düşmənin vacib və həyati hədəflərini məhv ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 02, 2020 06:51 Asia/Baku
  • İran raketlərindən istifadə ilə şərti düşmənin həyati hədəfləri məhv edilib

İranın mərkəzində keçirilən 9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrində F-5 və "Saiqə" qırıcı təyyarələri yerli raketlərdən istifadə edərək, şərti düşmənin vacib və həyati hədəflərini məhv ediblər.

SəhərAzəri xəbər verir, 9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin əsas etapı və əməliyyat mərhələsi bu gün səhər saatlarında İranın mərkəzində yerləşən İsfahan vilayətində "Ya Sadiqi Ali Məhəmməd" şüarı ilə başlanıb.

9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin sözcüsü briqada generalı Əmir Fərhad Gudərzi şərti düşmənin mövqelərinin F-5 və Saiqə qırıcıları vasitəsilə məhv edilməsinə toxunaraq, deyib: " İran istehsalı olan ağıllı bombalar, ballistik raketlər, uzun mənzilli statik raketlər və yer-hava raketləri ilə təchiz edilmiş F-7 qırıcıları vasitəsilə innovativ və yaradıcı texnikalardan istifadə edərək, şərti düşmənin həyati hədəfləri gənc pilotlar tərəfindən məhv edilib".

9-cu "Vilayət Həriminin Müdafiəçiləri" manevrinin sözcüsü vurğulayıb: "Vilayət Həriminin Müdafiəçiləri" manevri region ölkələri üçün əmin-amanlıq, dostluq, sabitlik və davamlı sülh mesaji, İran xalqı üçün arxayınlıq və təskinlik mesajı və düşmənlər üçün səhv hesablamaları və səhv edəcəkləri təqdirdə müdafiəyə və qətiyyətli cavab verməyə hazır olmaq mesajını daşıyır.