Duzsuzlaşdırma sisteminin birinci bloku və onun 305 kilometrlik ötürücü xətti istifadəyə verilib
Bir milyon kubmetrlik duzsuzlaşdırma sisteminin birinci bloku və onun Sircan bölgəsinədək uzanan 305 kilometrlik ötürücü xətti İran prezidentinin videokonfrans formasında verdiyi göstərişlə istifadəyə verilib.
SəhərAzəri xəbər verir, Həsən Ruhani bu layihənin birinci blokunun istifadəyə verilməsi üzrə rəsmi mərasimdə həmin superlayihənin geniş miqyasına işarə ilə deyib: Layihənin bünövrəsi qoyulan gün, bu sahə üzrə bir çox aktivistlər onun reallaşmasını mümkünsüz hesab edirdirlər, lakin bu gün onun birinci blokunun açılışının şahidiyik.
Ölkə prezidenti sonra belə söyləyib: Sahil vilayətləri üçün suyun stabil təmini və onun İranın mərkəzi səhrasında yerləşən digər vilayətlərə ötürülməsi İran tarixinin ən iri layihələrindən biridir ki, daxili mütəxəssislərin əlləri ilə həyata keçibdir.