Noy 08, 2020 17:20 Asia/Baku
  • İnqilab Rəhbəri saytının ABŞ prezident seçkilərinə reaksiyası

İslam İnqilabının Böyük Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri Ofisi saytının tvitter hesabı ABŞ prezident seçkilərində Donald Trampın məğlubiyyəti və Baydenin qələbəsinə reaksiya verib.

SəhərAzəri xəbər verir, İslam İnqilabının Böyük Rəhbərinin Əsərlərinin Qorunması və Nəşri Ofisi saytının tvitter hesabının ingilis səhifəsi yazıb: Amerikadakı vəziyyət və onların özlərinin öz seçkiləri barədə dedikləri bir şoudur.

Bu mesajın davamında deyilir: Bu, Amerikada liberal-demokratiyanın çirkin simasından bir nümunədir. Nəticə bir yana qalsın, bir məsələ tamamilə aydındır və o, Birləşmiş Ştatlar rejiminin siyasi, vətəndaş və etika cəhətdən qəti şəkildə süqut etməsidir.

Teqlər