Noy 12, 2020 10:11 Asia/Baku
  • Ayətullah Seyid Həsən Amili Azərbaycan xalqını təbrik etdi

İran İslam İnqilabı Rəhbərinin Ərdəbil vilayəti üzrə nümayəndəsi Azərbaycan ərazilərinin mühüm hissəsinin azad edilməsi ilə bağlı təbrik müraciəti yayıb

SəhərAzəri xəbər verir ki, müraciətdə deyilir: Böyük Azərbaycan xalqını öz torpaqlarının mühüm bir hissəsinin azad olunması münasibətilə təbrik edirəm. Bu möhtəşəm hadisə onu göstərir ki, işğalçılıq əbədi davam edə bilməz və işğalçı dünyanın hər hansı bir yerində olmasından asılı olmayaraq, sonda kədər, itki və göz yaşı ilə evinə qayıtmalı olacaq. Və belə bir qəti tale mütləq çağdaş dövrün ən murdar və ən qan tökən işğalçısı, yəni müqəddəs Qüdsün qəsbkarı sionist rejimini də gözləyir.

Cənab Amili sonra Azərbaycan xalqının Dağlıq Qarabağın Azərbaycana məxsus olması və onun boşaldılmasının vacibliyi ilə bağlı İslam İnqilabı Rəhbəri Həzrət Ayətullahül-uzma Xameneinin müdrik açıqlamaları ilə təsdiqlənmiş mövqeyi və İranın bu məsələdə xüsusi qayğısını unutmayacağına şübhə etmədiyini vurğulayıb, uca Allahdan şəhidlərə rəhmət, yaralılara şəfa və şəhid ailələrinə təsəlli və səbr diləyib.

Teqlər