Noy 14, 2020 12:03 Asia/Baku
  • İranda Əl-Qaidə terror qruplaşması üzvünə qarşı hücum iddiaları rədd edildi

Ölkəmizin Xarici İşlər Nazirliyinin mətbuat katibi, Əl-Qaidə terror qruplaşmasının bir üzvünə qarşı İranda hücum edildiyi iddialarını təkzib edib.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə, İsrail mənbələri tərəfindən və New York Times qəzetinin son hesabatinda, İranda bir Əl-Qaidə üzvünə sui-qəsd iddiası barədə yayımlanan xəbərlərlə bağlı jurnalistlərin suallarının cavabinda, bu qrup üzvlərinin İrandakı varlığını qətiyyətlə rədd edərək, Amerika medialarına məsləhət verib ki, ABŞ rəsmiləri və Sionist rejimin Hollywood ssenarilərinin tələsinə düşməsinlər.
Xatibzadə Əl-Qaidə terror qruplaşmasının ABŞ-ın və bölgədəki müttəfiqlərinin səhv siyasət yürütdüklərini xatırladaraq vurğulayıb: "Vaşinqton və Təl-Əviv zaman-zaman bu qruplaşmanın və bölgədəki digər terror qrupların cinayətkar fəaliyyətlərinin məsuliyyətindən yayınmaq üçün yalan danışmaq və mediaya yalan məlumatlar sızdırmaqla İranı bu cür qruplara əlaqəli göstərməyə çalışırlar".
Xatibzadə əlavə edib: "Şübhəsiz ki, bu cür ittihamlar İran xalqına qarşı hərtərəfli iqtisadi, kəşfiyyat və psixoloji müharibə kontekstində səsləndirilir".

Teqlər