Noy 17, 2020 08:01 Asia/Baku
  • İran filmi Çin festivalının qızıl büst mükafatını alıb

İranın "Ən aşağı mərtəbə" qısametrajlı filmi Çinin “Lin Tszyan” şəhərində keçirilən beynəlxalq mikrofilm festivalının qızıl büst mükafatını qazanıb.

SəhərAzəri xəbər verir, “Lin Tszyan” mikrofilm festivalı Çinin Yunnan əyalətində ən mühüm film və kino fəaliyyətlərindən hesab olunur.

Rejissor Omidreza Xeyirxahın çəkdiyi "Ən aşağı mərtəbə" filmi səkkizinci “Lin Tszyan” mikrofilm festivalında münsiflər heyəti tərəfindən ən yaxşı beynəlxalq əsər kimi seçilib və beynəlxalq bölmənin qızıl büst mükafatını qazanıbdır.

Fransa, İrlandiya, Tacikistan, Rusiya və Qazaxıstandan olan filmlər də “Lin Tszyan” mikrofilm festivalının beynəlxalq bölməsində iştirak etmişdilər.

Teqlər