Noy 19, 2020 15:54 Asia/Baku
  • Kanada hökumətinin insan haqları qətnaməsi əsassız iddiaların təkrarıdır

İran Xarici İşlər Nazirliyinin sözçüsü bildirib ki, Kanada hökumətinin insan hüquqları barədəki qətnamə layihəsi əsassız iddiaların təkrarıdır.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi, Kanada hökuməti tərəfindən BMT-də insan haqları qətnaməsinin irəli sürülməsi və qeyri-real və saxta məlumatlara istinad edən əsassız iddiaların təkrar etməsini qanuni etibarlılığı olmayan qəbuledilməz bir hərəkət adlandıırb.

Səid Xətibzadə deyib: Təəssüfləndirici haldır ki, bəzi ölkələr, o sıradan Kanada insan hüquqlarını və onun beynəlxalq mexanizmlərini özlərinin siyasi ambisiyaları və tamahkarlıqlarını həyata keçirmək vasitəsi edirlər.

BMT-nin 193 üzvündən 114-nün/ əleyhinə və ya tərəfsiz səslə bu qətnamə layihəsinin müəlliflərinin riyakarcasına rəftarlarına qarşı öz narazılığını bildirdiyini nəzərə çarpdıran Xətibzadə Kanada hökumətinə tövsiyə edibdir ki, İran xalqının insan hüquqları üçün hiyləgərcəsinə ürək yandırmaq yerinə, Amerika hökumətinin İran xalqına qarşı iqtisadi terrorizmini müşayiət etməkdən əl çəksin və qarət edilmiş əmlakların köçürülməsi və sərmayə yatırımı üçün Kanadanı təhlükəsiz yuva hesab edən və İran xalqının sərvətlərini oğurlayanlar və korrupsionerlərə ev sahibliyi etməyi dayandırsın.

İrana qarşı yönəlmiş qətnamə layihəsinin himayədarlarının hərəkətini şübhəli adlandıran Xətibzadə Kanadanın İran xalqına insan haqlarını təlim keçmək üçün sionist rejim, ABŞ və Bəhreyn kimi rejimlərə şamil olan «insan hüquqları sahəsində pis keçmişli hökumətlərdən bir qrupu»nu bir araya gətirmək üzrə hərəkətini xəcalət mənbəyi adlandırıb. O, Kanada başçılarından istəyibdir ki, bu ölkənin daxil və xaricində özlərinin bəşəriyyətə zidd əməllərini islah etmələri, Kanadanın yerli sakinlərinə qarşı soyqırımında Ottava rejiminin mütəşəkkil siyasətini dayandırmaları, eləcə də Ərəbistan və İsrail rejimlərinin Yəmən və Fələstin xalqlarına qarşı bəşəriyyətə zidd cinayətlərində onlarla əlbir olmalarına görə cavabdeh olmaları daha münasib olardı.

Azərbaycan Respublikası, Əfqanıstan, Pakistan, İra, Türkmənistan və Ermənistan da daxil olmaqla İranla qonşu ölkələr İrana qarşı yönəlmiş qətnamə layihəsinin əleyhinə səs verən ölkələrdən olublar.

Teqlər