Noy 26, 2020 11:59 Asia/Baku
  • Amerikanın sanksiyaları və birtərəfli hərəkətləri insanlığa qarşı cinayətin simvoludur

İranın BMT-dəki daimi nümayəndəsi sanksiyaları və birtərəfli hərəkətləri insanlığa qarşı cinayətin aşkar simvolu adlandırıb və beynəlxalq ictimaiyyətdən onu aradan qaldırmaq üçün təcili tədbirlər görməsini istəyib.

SəhərAzəri xəbər verir, Məcid Təxte Rəvançi BMT Təhlükəsizlik Şurasının «Daha birtərəfli hərəkətlər başa çatsın!» devizi altında keçirilən iclasında sonra belə söyləyib: Sanksiyalar da daxil olmaqla birtərəfli icbari addımlar iqtisadiyyata, maliyyə sistemlərinə, eləcə də xarici ehtiyatlara və hətta qida və dərmana əlçatanlığa xələl gətirir.

Təxte Rəvançi BMT-nin xüsusi məruzəçisinin sanksiyaların insan haqlarına göstərdiyi mənfi təsirləri barədəki hesabatına işarə ilə belə söyləyib: Sanksiyalar uşaqlar, xəstələr, yaşlılar və yoxsulları hədəfə alıb və insan böhranına çevrilə biləcək şiddətli humanitar nəticələrə gətirib çıxaracaq.

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi sanksiyaların koronavirus pandemiyası ilə mübarizədə olan mənfri təsirlərinə də toxunub və belə deyib: Koronavirus pandemiyası şəraitində sanksiyaların tətbiqi olduqca təhlükəlidir. Zira əgər bir ölkə əmin-amanlıqda olmazsa, başqa ölkələr də əmin-amanlıqda olmayacaqlar; virus alovu genişlənəcək və çox sayda insanı ölüm ayağına çəkib aparacaqdır.

Amerikanın İran xalqına qarşı 40 illik sanksiyalarını yada salan Təxte Rəvançi bildirib ki, bu sanksiyalar İranın koronavirus pandemiyası ilə mübarizə sahəsindəki səylərini son dərəcə əngəlləyibdir.

İranın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi söyləyib: İnsanlığa sığmayan sanksiya vasitəsi özlərini insan hüquqlarının ən böyük müdafiəçisi kimi təqdim edən ölkələr tərəfindən tətbiq olunur.

Məcid Təxte Rəvançi BMT Təhlükəsizlik Şurasının Suriyaya həsr edilmiş iclasında həmçinin Amerikanın birtərəfli sanksiyalarını qanunsuz, İnsanlığa sığmayan və uğursuzluğa məhkum bir hərəkət adlandırıb. Bildirib ki, amerikalı qüvvələr Suriya ərazisinin işğalının davam etməsilə bu ölkənin nefti və sərvətini talan etməklə məşğuldurlar.

Teqlər