Noy 27, 2020 21:42 Asia/Baku
  • Gecə uzun və Qələndər oyaqdır!

Sərdar Dehqanın şəhid Fəxrizadə-nin terror edilməsinə reaksiyada deyib: Gecə uzun və Qələndər oyaqdır!

SəhərAzəri xəbər verir, Müdafiə Sənayesi üzrə Ali Baş Komandanın müşaviri və keçmiş Müdafiə və Silahlı Qüvvələrə Dəstək naziri cümə günü günortadan sonra terror aktında şəhid olan ölkəmizin görkəmli alimi Dr. Möhsün Fəxrizadənin şəhid olmasına başsağlığı mesajında bunları söyləyib: Törətdikləri əməllərdən peşman olacaqlar!

SəhərAzəri - Sərdar Hüseyin Dehqanın mesajının mətni belədir:

“Biz Allahdanıq və onun yanına qayıdırıq
Sionistlər qumarbaz müttəfiqlərinin siyasi həyatının son günlərində İrana bir müharibə qəbul etdirmək üçün təzyiqləri gücləndirməyə və artırmağa çalışırlar.
Gecə uzun, Qələndər oyaq! Bu məzlum şəhidin qatillərinin üzərinə ildırım kimi enəcəyik və etdiklərindən peşman olacaqlar!

Çoxdankı dostum və qardaşım Şəhid Möhsün Fəxrizadə, adı bu sərhədin düşmənlərinə qorxu və dəhşət aşılayan və mübarizələrinin bəhrəsi onların kabusu olaraq qalacaq bir insan idi. Siyasi mübahisələrin arxasında iddiasız mübarizə aparanlar bu şəkildə şəhid olurlar. Onlar öz rəbbləri nəzdində ruzi sahibidirlər.”

Teqlər