Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstək Tehranın prinsipial mövqeyidir
İranın Bakıdakı səfiri Azərbaycan Respublikasının ərazi bütövlüyünə dəstəyi Tehranın prinsipial mövqeyi adlandırıb.
SəhərAzəri xəbər verir, Seyyed Əbbas Mousəvi İslam İnqilabının Böyük Rəhbərinin Ermənistan tərəfindən ələ keçirilmiş Azərbaycan Respublikası torpaqlarının geri qaytarılmasına dair Qarabağ münaqişəsi barədəki bəyanatına işarə edərək, deyib: "Azərbaycan Respublikasının ərazi bütövlüyünü himayə, İranın prinsipial mövqelərindəndir və heç kəs müstəqil ölkələrin ərazilərinin işğal edilməsini qəbul etmir".
Mousəvi sonra deyib: "İran, Azərbaycan Respublikasının, işğal olunmuş bölgələrin və Qarabağ ərazisinin azad edilməsi üzrə mövqeyini müdafiə edir və bu qənaətdədir ki, bu ərazilər Azərbaycan Respublikasına aiddir".
İranın Bakıdakı səfiri deyib: "Şübhəsiz, İran İslam Respublikası sərhədlərinin qonşuluğunda yerləşən və indiyədək Ermənistanın işğalı altında olan Azərbaycan Respublikası ərazilərinin azad edilməsi ikitərəfli münasibətlərin inkişaf etdirilməsi üçün yeni fürsətlər yaradacaq".
Mousəvi vurğulayıb: "İran İslam Respublikası heç vaxt öz sərhədləri yaxınlığında Qondarma Dağlıq Qarabağ Respublikasını rəsmən tanımayıb, daima beynəlxalq sərhədlərin dəyişməzliyi və ölkələrin ərazi bütövlüyünün qorunması prinsipinə təkid edib və dünyanın hər bir güşəsində hər hansı işğalçılığa və saxta bir ölkənin yaradılmasına qarşı çıxıbdır".