Zərif ila Belçikanın xarici işlər nazirliyi arasında telefon danışığı olub
Belçikanın xarici işlər naziri İranın xarici işlər naziri ilə baş tutan telefon danışığı zamanı İranın müdafiə və nüvə sahəsi üzrə alimi şəhid möhsün Fəxrizadənin terror edilməsini qınayıb.
SəhərAzəri FARS xəbər agebtliyinə istinadla xəbər verir ki, Belçikanın xarici işlər naziri və baş nazir müavini Sofi Vilmes İran İslam Respublikasının xari işlər naziri Məhəmməd Cavad Zərifə telefonla zəng edib və iranlı alim şəhid Möhsün Fəxrizadəyə qarşı terroru qınayıb.
Tərəflər, həmçini telefon danışığı zamanı ikitərəfli konsulluq məsələləri barədə fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, İranın Müdafiə və Silahlı Qüvvələrə Dəstək Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının Rəhbəri və ölkənin nüvə sənayesinin alimlərindən olan şəhid Möhsün Fəxrizadə noyabrın 27-də Tehranın yaxınlığında terror hücumuna məruz qalıb və şəhid edilib.