İran və Türkiyə iqtisadi həmkarlıqlar qarşısındakı maneələrin aradan qaldırılması zərurətinə təkid ediblər
İran prezident administrasiyasının başçısı və Türkiyənin maliyyə naziri ikitərəfli iqtisadi-ticari həmkarlıqların qarşısında duran maneələrin aradan qaldırılması zərurətinə təkid ediblər.
SəhərAzəri xəbər verir, Mahmud Vaezi Lutfi Elvanla telefon əlaqəsində onu Türkiyənin maliyyə naziri seçilməsi münasibətilə təbrik edib. Ümidvarlıq edib ki, Tehran-Ankara əməkdaşlıqları müxtəlif sahələrdə inkişaf edəcək.
İran prezident administrasiyasının başçısı özəl sektorun investisiyalarına dəstək vacibliyinə işarə ilə deyib ki, müştərək iqtisadi komissiyanın səyi ilə İran-Türkiyə münasibətləri bölgədə iki qonşu və dost ölkə əlaqələrindən bir meyara çevrilə bilər və çevrilməlidir də.
Lütfi Əlvan da bildirib ki, ikitərəfli iqtisadi-ticari həmkarlıqların inkişaf etdirilməsi üçün əlindən gələni edəcək. Ümidvarlıq edib ki, koronavirus pandemiyası cəhətdən ölkələrin şəraitinin yaxşılaşması ilə İran-Türkiyə ticarət və əmtəə əlaqələri sürətlə öncəki duruma qayıdacaq və iki ölkə əməkdaşlıq üzrə mövcud olan bütün imkanlardan istifadə edə biləcək.