İran Rusiyanın Fəxrizadənin terrorunu pisləmək üzrə mövqeyinə görə təşəkkür edib
İranın Rusiyadakı səfiri Moskvanın, görkəmli iranlı alim Mohsen Fəxrizadənin terrorunu pisləmək üzrə qətiyyətli mövqeyinə görə təşəkkür edib.
SəhərAzəri xəbər verir, Kazem Cəlali Moskvada şəhid Fəxrizadəyə ayrılmış xatirə dəftərinin açılmasına işarə ilə belə qeyd edib: İranlı alimin kədərli terror hadisəsi Rusiyada media, parlament və siyasi rəsmilər səviyyəsində, həmçinin bu ölkədəki xarici səfirlər tərəfindən geniş şəkildə əks etdirilib.
Cəlali sonra deyib: Bəzi rus rəsmilər və şəxsiyyətlər çərşənbə və cümə axşamı günləri İran səfirliyinə gələrək, şəhid Fəxrizadəyə ayrılmış xatirə dəftərini imzalayıb və koronavirus pandemiyasına görə, bəzi digərləri də email vasitəsilə İranın hökuməti və xalqına öz başsağlığı mesajlarını göndəriblər.
İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri, iranın görkəmli nüvə və müdafiə alimi Mohsen Fəxrizadə noyabrın 27-də Tehran ətrafında həyata keçirilən bir terror hücumunda şəhid edildi.