Dek 05, 2020 20:07 Asia/Baku
  • İran İslam Şurası Məclisinin sədri Moskvaya gedir

Rusiya Dövlət Dumasının sədri bildirib ki, Parlament üzvləri bu il xarici həmkarları ilə yenidən üz-üzə görüşəcəklər və İran İslam Şurası Məclisinin sədri Qalibaf da bu ay Moskvaya gedəcək.

SəhərAzəri xəbər verir, Rusiya Dövlət Dumasının sədri Vıçeslav Valodin açıqlayib: Epidemiya vəziyyətini nəzərə alaraq keçmiş ünsiyyət prosesini bərpa etməyimizin doğru olacağını düşünürük və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibafın Rusiyaya səfəri də bu ayın sonuna qədər gözlənilir.
Rusiya Dövlət Dumasının Xarici Əlaqələr Komitəsinin sədri bu yay Tehrana səfəri zamanı İran İslam Şurası Məclisinin sədri ilə görüşündə, Məhəmməd Baqer Qalibafı Rusiyaya dəvət etmişdi.

Teqlər