Xatibzadə Səudiyyə Ərəbistanının regional siyasətini kəskin tənqid etdi
İran Xarici İran Xarici İşlər Nazirliyinin mətbuat katibi bildirib: Azərbaycan Respublikasının Xarici İşlər Naziri, öz iranlı həmkarı cənab Zərifin dəvəti ilə çərşənbə günü Tehrana gələcək.İşlər Nazirliyinin mətbuat katibi bildirib: Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Zərifin dəvəti ilə çərşənbə günü Tehrana gələcək.
SəhərAzəri xəbər verir, , İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə bazar ertəsi günü səhər yerli və xarici jurnalistlərlə onlayn konfransında Suriyanın xarici işlər naziri Feysəl Əl-Məqdadın Tehrana səfər etməsi barədə deyib: Bu, Suriyanın yeni xarici işlər nazirinin ilk xarici səfəridir. Bu səfər cənab Zərifin dəvəti ilə edililib. Suriya Xarici İşlər Naziri İranlı həmkarı ilə görüşməklə yanaşı, Prezident Həsən Ruhani də daxil olmaqla bir sıra digər İran rəsmiləri ilə görüşərək məsləhətləşəcək.
Xarici İşlər Nazirliyinin sözçüsü Dağlıq Qarabağ böhranı və Azərbaycan Respublikası Xarici İşlər Nazirinin Tehrana səfəri ilə bağlı suala cavab olaraq deyib: Dağlıq Qarabağ böhranı ilə bağlı fikirlərimizi bildirdik və bu böhranın davamlı bir şəkildə həll edilməli olduğunu vurğulayırıq.
Xətibzadə əlavə edib: Azərbaycan Respublikasının Xarici İşlər Naziri cənab Zərifin dəvəti ilə çərşənbə günü Tehrana gələcək və Xarici işlər nazirimizlə görüşməklə yanaşı, bir sıra digər İran rəsmiləri ilə görüşərək məsləhətləşəcək.
Xatibzadə Səudiyyə Ərəbistanının regional siyasətini kəskin tənqid edərək deyib: Ər-Riyad ərəb dünyasında və bölgədə baş verən bir çox problemdən məsuldur.