Dek 08, 2020 18:06 Asia/Baku
  • Düşmənlər İranın cavabını gözləsinlər

Sepah-ın baş komandanı deyib ki, düşmənlər Tehranın/ İranın görkəmli nüvə və müdafiə aliminin terror edilməsinə olacaq cavabını gözləməlidirlər.

SəhərAzəri xəbər verir, General-mayor pasdar Hosseyn Səlami bu gün Tehranda deyib: İslami İranın qatı düşmənləri bilməlidirlər ki, şəhadət yolun çırağıdır və şəhidlərin açdıqları yol, heç zaman dayanmayacaqdır.

General Səlami söyləyib: Düşmənin təmərküzləşdiyi hər bir nöqtə, bizim qüvvət nöqtəmiz, düşmənlərin isə vahimə nöqtəsidir və terror kimi cinayətkarcasına hərəkətlərə söykənmə o deməkdir ki, şəhid Fəxrizadə kimilər yetişdirilməlidirlər.

İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın baş komandanı vurğulayıb ki, şəhid Fəxrizadənin yolu onun şagirdləri tərəfindən daha artıq əzmkarlıq və iradə ilə davam etdiriləcək.

O, söyləyib: Düşmənlərin kor-koranə hərəkətləri və terrorlarının İslam İnqilabının sürətinin artmasından başqa, digər bir nailiyyəti olmayacaqdır.

Teqlər