Ruhani: "İran yekun qələbəyədək Suriya xalqı və dövlətinin yanında olacaq"
İran İslam Respublikası prezidenti deyib: "İran İslam Respublikası strateji müttəfiqi olaraq, Suriya xalqı və dövlətini dəstəkləmək üzrə qərarı və iradəsini davam etdirəcək və yekun qələbəyədək Suriyanın yanında olacaq"
SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani Suriyanın xarici işlər naziri Feysəl Miqdad ilə görüşdə deyib: "Sionist rejim işğalçıları və terrorizm ilə mübarizə Suriya və İran xalqının ortaq hədəfidir".
"İran siyasi cəhətdən həmişə Suriya hökumətinin yanında olacaq və bu məqsədlə Astana prosesini Suriyanın maraqlarını və ərazi bütövlüyünü qorumaq üçün faydalı hesab edir və onu ciddi şəkildə izləyir", - deyə Ruhani əlavə edib.
İranın dövlət başçısı, həmçinin ABŞ prezidenti Donald Trampın Suriyanın bir hissəsini sionist düşmənin işğal etdiyi ərazilərə ilhaq etmək üçün atdığı addıma da toxunub və deyib: "Colan da daxil, işğal olunmuş ərazilər azad olunana qədər sionist işğalçılarla mübarizə aparmalıyıq".
Ruhani region xalqlarının terrorizm və işğalçılıq qarşısında müqavimətinin vacibliyini vurğulayaraq, şəhid Qasim Süleymani və Şəhid Möhsün Fəxrizadəyə qarşı törədilən terrora da toxunub və deyib: "Düşmənlərin general Süleymanini şəhid etməkdən məqsədləri təkcə İran xalqının müqavimətindən deyil, bəlkə region xalqlarının müqavimətindən intiqam almaq idi, şəhid Fəxrizadənin terror etməkdən məqsəd isə elm və texnologiyanın inkişafından qisas almaqdır, Lakin hazırkı vəziyyətdə şəhidlərimizin yolu davam etdiriləcəkdir".
Feysal Miqdad da bu görüşdə,Tehran-Dəməşq əlaqələrini dünyanın ən dəyərli və şərəfli siyasi əlaqələrindən biri kimi xarakterizə edib və deyib: "Başqa ölkələr həqiqi bir əlaqənin və dostluğun necə qurulduğunu və onları necə güclü bir şəkildə davam etdirə biləcəklərini öyrənməlidirlər."
Suriyanın xarici işlər naziri general Süleymani və şəhid Fəxrizadənin şəhid edilməsi ilə əlaqədar başsağlığı verib və deyib: "Bu cür cinayətləri törədənlər bilmirlər ki, bu şəhidlərin qanının tökülməsi region xalqlarını qələbə qazanmaq üçün daha da qərarlı edir".