Zərif: "Qərb ilə region barədə danışıqlar aparmırıq"
https://azeri.sahartv.ir/news/İran-i370554-zərif_qərb_ilə_region_barədə_danışıqlar_aparmırıq
İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qərbə İranla danışıqlar prosesində iştirak etmək istədiklərini bildirən regiondakı bəzi dövlətlərə cavab verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 08, 2020 16:35 Asia/Baku
  • Zərif:

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif Qərbə İranla danışıqlar prosesində iştirak etmək istədiklərini bildirən regiondakı bəzi dövlətlərə cavab verib.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif şəxsi "Twitter" hesabında İranın Fars körfəzi regionundakı qonşularına müraciətlə etdiyi paylaşımda deyib:

"Bəzi qonşu ölkələrin Qərbdən İranla danışıqlar prosesinin bir hissəsi olmasını istədikləri görünür".

"Biz region barədə Qərblə danışıqlar aparmırıq. Əsas problem də elə onların müdaxiləsidir", - deyə Zərif bildirib.  

Zərif, həmçinin qeyd edib ki, qonşularımızla hər zaman danışıqlara hazırıq. 1986-cı ildə "Regional təhlükəsizlik", 2016-cı ildə "Regional dialoq forumu" və 2019-cu ildə "Hörmüz Sülh Planı" bu məsələnin aydın göstəriciləridir.