Dek 09, 2020 20:21 Asia/Baku
  • Qalibaf İran və Azərbaycan Respublikası arasında əməkdaşlıq səviyyəsinin artırılması vacibliyini vurğulayıb

İran İslam Şurasi Məclisinin sədri Azərbaycan Respublikasının xarici işlər naziri ilə görüşdə, müxtəlif sahələr üzrə əməkdaşlıq səviyyəsini yüksəltmək üçün iki ölkənin imkanlarından istifadənin vacibliyini vurğulayıb.

SəhərAzəri xəbər verir, İran İslam Şurasi Məclisinin sədri Məhəmməd Baqi Qalibaf bu gün Tehranda Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramovla görüşü zamanı, Azərbaycan Respublikası ilə Ermənistan arasında əldə olunmuş razılaşma çərçivəsində Qarabağda işğal olunmuş ərazilərin azad edilməsini davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün vacib bir addım kimi dəyərləndirib.

Qalibaf Azərbaycan Respublikası və İran xalqları arasında dərin dini və mədəni bağlılığın mövcudluğuna toxunaraq, əlavə edib: "Sərdəd əməkdaşlıqları və dəmir yolu xətlərinin birləşdirilməsi iki ölkə əlaqələrinin prioriteti ola bilər".

İran İslam Şurasi Məclisinin sədri, həmçinin Azərbaycan Respublikası ərazilərində terrorşuların mövcudluğundan narahatlıq ifadə edib və dərhal həll edilməsinin vacibliyini vurğulayıb.

Qalibaf, terrorçuların mövcudluğu və sionist rejimin Azərbaycan Respublikasındakı hərəkətlərini bölgədə sülh və təhlükəsizliyə təhdid kimi xarakterizə edib.

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov da bu görüşdə İranın nüvə və müdafiə sahəsi alimi Möhsün Fəxrizadəyə qarşı terroru qınayıb və deyib: "Bu terrorçu hərəkət qəbuledilməzdir və Azərbaycan xalqı bu kədəri dərindən hiss etdilər". 

Bayramov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün İran İslam Respublikasının təkliflərinə toxunaraq deyib: "44 günlük müharibə dövründə İslam İnqilabının Böyük Rəhbəri, İran prezidenti, deputatlar və İran xalqının dəstək mövqeləri Azərbaycan Respublikası xaqlqı üçün ürək-dirək oldu".

Azərbaycan Respublikasının xarici işlər naziri, həmçinin Dağlıq Qarabağda azad edilmiş torpaqların tamamilə məhv edildiyini də diqqətə çatdırıb və əlavə edib: "Bakı bu əraziləri beynəlxalq əməkdaşlıqla bərpa etmək niyyətindədir; Şübhəsiz ki, İran İslam Respublikası da daxil qonşular və dostlar bu əməkdaşlığın başında dururlar".

Qeyd edək ki, Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov bundan əvvəl prezident Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şamxani ilə görüşüb.

Teqlər