İran prezidentinin mətbuat konfransı bazar ertəsi günü keçiriləcək
Dekabrın on dördündə Tehran vaxtı ilə saat 15-də daxili və xarici müxbirlərin iştirakı ilə İran prezidenti Həsən Ruhaninin mətbuat konfransı keçiriləcək.
SəhərAzəri xəbər verir, İran Prezident Administrasiyası başçısının rabitə və informasiya məsələləri üzrə müavini Əlireza Moezzi koronavirus pandemiyası və səhiyyə protokollarına riayət zərurəti kimi mülahizələrə görə, Həsən Ruhaninin mətbuat konfransının keçirilməsinin təxirə düşməsinə işarə ilə deyib: Koronavirusla milli mübarizə qərargahının mülahizələrinə əsasən, İran prezidentinin bazar ertəsigünkü mətbuat konfransı fərqli şəkildə keçiriləcəkdir.
Moezzi söyləyib: Həm mətbuat konfransının keçirilməsi zamanı cəhətdən, həm də bu konfransda iştiraka dəvət olunacaq mediaların sayı baxımından məhdudiyyətlər mövcuddur.