Şəhid Fəxrizadəyə birinci dərəcəli Nəsr ordeni verilib
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi şəhid Mohsen Fəxrizadənin ailəsinə birinci dərəcəli Nəsr ordenini təqdim edib.
SəhərAzəri xəbər verir, General-mayor Mohəmməd Baqeri bir neçə hərbi komandanla yanaşı, şəhid alim Mohsen Fəxrizadənin mənzilində olaraq, İran İslam Respublikası Silahlı Qüvvələrinin Ali Baş komandanı tərəfindən şəhid Fəxrizadəyə verilmiş birinci dərəcəli Nəsr ordenini şəhidin ailəsinə təqdim edib.
İran Silahlı Qüvvələrinin baş qərargah rəisi birinci dərəcəli Nəsr ordeninin islami quruluşun müdafiə cəbhəsini himayə edən görkəmli milli şəxsiyyət və tədqiqatçılar üçün nəzərdə tutulduğunu bildirib.
O, deyib: Bu əsasda İslam İnqilabının Böyük Rəhbəri/ öz dəyərli ömrünü İslam İnqilabı cəbhəsini himayə yolunda sərf etmiş bu yüksək dərəcəli şəhid üçün ən yüksək mükafatı- birinci dərəcəli Nəsr ordenini nəzərdə tutublar.
İran Müdafiə Nazirliyinin Tədqiqat və İnnovasiya Təşkilatının rəisi Mohsen Fəxrizadə noyabrın 27-də Tehran ətrafında həyata keçirilən bir terror hücumunda şəhid edildi.