Dek 16, 2020 21:05 Asia/Baku
  • İran yüzlərlə ton narkomaddə aşkar və müsadirə edib

İranın polis və təhlükəsizlik orqanlarının əsgərləri və məmurlarının fədakarlıqları və səyləri nəticəsində 2020-ci ilin on ayında 778 tondan çox narkomaddə aşkar və müsadirə edilib.

SəhərAzəri xəbər verir ki, bunu İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi bildirib.

Kazem Qəribabadi BMT-nin cinayət və narkotik maddələrlə mübarizə ofisinin icra katibinə məktub ünvanlayaraq, bildiribdir ki, ən çox miqdarda narkotik maddənin aşkar edilməsi 621 min 388 kiloqramla, tiryəkə aiddir.

Qəribabadi sonra söyləyib: 2020-ci ilin on ayında İranın narkotik maddələrlə mübarizə məmurları ilə narkomaddələr qaçaqmalçıları arasında 1914 silahlı toqquşma baş veribdir ki, bu zaman narkotik maddələr tranzit edən və paylayan 1886 banda və şəbəkə dağıdılıb və məhv edilib. Təəssüflə, həmin toqquşmalarda İran məmurlarından doqquz nəfər şəhid olubdur.

İranın Vyanada yerləşən beynəlxalq təşkilatlardakı səfiri və daimi nümayəndəsi həmçinin bildiribdir ki, İran İslam Respublikası dünya səviyyəsində narkotik maddələrlə mübarizənin bayraqdarıdır. O, bu sahədə bəzi ölkələrin müştərək məsuliyyəti qəbul etməmək üzrə laqeydliyini tənqid edib.

Teqlər