Şəhid Süleymaninin qisası İran İslam Respublikasının ciddi gündəmində durur
General Süleymaninin şəhadətinin ildönümünün qeyd olunması üzrə xalq komitəsinin sözçüsü şəhid Hacı Qasim Süleymaninin terror edilməsinə göstəriş verənlər və onu həyata keçirənlərin hüquqi cəhətdən təqib olunmalarına təkid edərək, deyib: Şəhid Süleymaninin qisası İran İslam Respublikasının ciddi gündəmində durur.
SəhərAzəri xəbər verir, Hüseyn Əmir Əbdollahiyan bir mətbuat konfransında general Süleymaninin terror edilməsinə göstəriş verənlər və onu həyata keçirənlərlə mübarizə üzrə məhkəmə və hüquqi addımlar barədə deyib: İndiyədək altı ölkəyə məhkəmə etibarnaməsi göndərilib və İranın məhkəmə hakimiyyəti general Süleymaninin terror edilməsi işini ciddi şəkildə izləyir.
Əmir Əbdollahiyan bildirib ki, Qasem Soleymaninin terror edilməsinə göstəriş verənvə onu həyata keçirən əsas amerikan amillərin sayı 45 nəfərdən 48 nəfərə çatıb. O sonra deyib: Qisas məsələsi İran İslam Respublikasının ciddi gündəmində durur və öz vaxtında münasib üsulla həyata keçiriləcək. Hərçənd bundan öncəyədək Amerikanın terrorçu hökməti və təcavüzkarlarına bir neçə xalq şilləsi və hərbi şapalaq vurulubdur.
General Süleymaninin şəhadətinin ildönümünün qeyd olunması üzrə xalq komitəsinin sözçüsü həmçinin həmin münasibətlə keçiriləcək anım tədbirlərini şərh edərək, bu mərasimin əsas özəlliyini onun xalq mərasimi olması adlandırıb və belə söyləyib: Xalq təşəbbüsləri və innovasiyaları general Süleymaninin ildönüm tədbirlərinin ağırlıq mərkəzidir.
İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.